Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Dünya

Mixalko: “Azərbaycanla yeni layihələrin həyata keçirilməsini səbirsizliklə gözləyirik”

User 12 May 2022 - 20:35 (Last updated: 21 May 2025 - 20:15)
627d2f9928218627d2f99282191652371352ea0e6148e55cb8b8bc2a26e5a0269463

“Avropa İttifaqı (Aİ) Azərbaycanın etibarlı tərəfdaşıdır”.

APA xəbər verir ki bunu Aİ-nin Azərbaycandakı Nümayəndəliyinin rəhbəri Peter Mixalko Avropa Gününə həsr olunmuş tədbirdə deyib:

“Biz pandemiya ilə mübarizədə həmrəy olduq. Mən Azərbaycan hökumətini pandemiya ilə mübarizədə uğurlu nəticələrinə görə təbrik edirəm”.

Səfir deyib ki, ötən il Aİ və Azərbaycan arasında səmərəli əməkdaşlıq olub, yüksək səviyyədə qarşılıqlı səfərlər həyata keçirilib:

“Aİ Azərbaycanın ən böyük ticarət tərəfdaşdır, Aİ Azərbaycanda ən böyük xarici investordur. Aİ regionda sülh prosesini dəstəkləməyə davam edir və Aİ Şurasının Prezidenti Şarl Mişel Azərbaycan və Ermənistan arasında sülhün əldə olunması istiqamətində səylərə şəxsən dəstək verir.”

Aİ səfiri Brüsseldə keçirilən üçtərəfli görüşləri xatırladıb:

“Aİ sülh, rifah və əmin amanlıq olan, çiçəklənən Cənubi Qafqazın yaradılmasını dəstəkləyir və dəstəkləyəcək. Aİ sülh layihəsidir və bu regionda sülhdə maraqlıdır.”

Diplomat vurğulayıb ki, Azərbaycan Aİ-nin vacib tərəfdaşdır:

“Bizim müxtəlif sahələrdə uğurlu əməkdaşlığımız var və biz yeni layihələrin həyat keçirilməsini səbirsizliklə gözləyirik. Bizim enerji sahəsində uğrulu əməkdaşlığımız var”.

Azərbaycan xarici işlər nazirinin müavini Mahmud Məmməd-Quliyev tədbirdə çıxış edib. Azərbaycan rəsmisi deyib ki, Azərbaycan Aİ-nin dəyərlərini dəstəkləyir, sülhə, normallaşmaya inanır. “30 illik münaqişə gəll olub, Azərbaycan öz torpaqlarını azad edib və nəticədə regionda inkişaf üçün yeni imkanlar yaranıb”.

“Aİ-nin sülh quruculuğunda verdiyi dəstəyi xüsusilə liderlərin təmasının yaradılması konteksində Şarl Mişelin səylərini yüksək qiymətləndirik”.

XİN müavini Aİ ilə əlaqlərin intensivləşdiyini vurğulayıb.

“İmzalanacaq yeni saziş bərabər hüquqlu tərəfdaşlığa əsaslanaraq əməkdaşlıq üçün yeni imkanlar, əsaslar açacaq. Azərbaycan Aİ-nin enerji sahəsində etibarlı və strateji tərəfdaşıdır”.

Nazir müavini CQN-nin rolunu qeyd edərək deyib ki, bu layihələr qitənin enerji təhlükəsizliyinə töhvə verir.

Post navigation

Previous: Taekvondo üzrə dünya çempionatı Azərbaycanda keçiriləcək
Next: Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb

Oxşar xəbərlər

KTMT
  • Dünya

KTMT-dən Azərbaycan və Ermənistanla bağlı açıqlama: Sülh sazişinə ümid edirlər

User 03 Noyabr 2026 - 15:50
abs konqres
  • Dünya

Tramp üçün həlledici seçki: 57 milyon insan artıq səs verib – Konqres kimin nəzarətinə keçəcək?

User 03 Noyabr 2026 - 15:33
lukasenko
  • Dünya

“Ukraynada müharibə yaxın aylarda başa çatacaq, hamı yorulub” – Lukaşenko

User 03 Noyabr 2026 - 14:50

xƏBƏR

KTMT
  • Dünya

KTMT-dən Azərbaycan və Ermənistanla bağlı açıqlama: Sülh sazişinə ümid edirlər

User 03 Noyabr 2026 - 15:50
KTMT Ermənistanla Azərbaycan arasında sülh sazişinin tezliklə imzalanacağına ümid edir. Bunu Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) baş...
Read more about KTMT-dən Azərbaycan və Ermənistanla bağlı açıqlama: Sülh sazişinə ümid edirlər
Əli Kərimlinin məhkəməsi başlayıb eli kerimli
  • Sosial

Əli Kərimlinin məhkəməsi başlayıb

User 03 Noyabr 2026 - 15:45
Kartdan pul çıxaranları hansı xərclər gözləyir? – 1 faizlik vergi kimlərə aiddir? Kart
  • İqtisadiyyat

Kartdan pul çıxaranları hansı xərclər gözləyir? – 1 faizlik vergi kimlərə aiddir?

User 03 Noyabr 2026 - 15:43
Tramp üçün həlledici seçki: 57 milyon insan artıq səs verib – Konqres kimin nəzarətinə keçəcək? abs konqres
  • Dünya

Tramp üçün həlledici seçki: 57 milyon insan artıq səs verib – Konqres kimin nəzarətinə keçəcək?

User 03 Noyabr 2026 - 15:33
Parlamentdə 2027-ci il dövlət büdcəsinin müzakirəsi başlayır budce
  • İqtisadiyyat

Parlamentdə 2027-ci il dövlət büdcəsinin müzakirəsi başlayır

User 03 Noyabr 2026 - 15:06
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.