Mixeil Saakaşviliyə 6 il həbs cəzası verilib

Gürcüstanın keçmiş prezidenti Mixeil Saakaşvili üç məhkəmə instansiyası tərəfindən təqsirli bilinib və 6 il müddətinə azadlıqdan məhrum edilib.

Bu barədə Gürcüstanın Baş Prokurorluğunun yaydığı məlumatda bildirilib.

Qeyd olunub ki, məhkəmə qərarlarının icrası üçün sabiq dövlət başçısı müvafiq penitensiar müəssisəyə köçürülüb.

Həmçinin qeyd olunur ki, M.Saakaşvilinin Gürcüstan sərhədini qanunsuz keçməsi faktı ilə bağlı araşdırmalar aparılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Gədəbəyədə maşın dərəyə aşıb –

Sonrakı məqalə

“Prezident Zelenski Saakaşvilinin həbsinə aydınlıq gətirilməsini istəyir” –