Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Sosial

Möhkəm əsəb sistemi ürəyi sağlam saxlayır –

User 19 Noyabr 2022 - 17:25 (Last updated: 21 May 2025 - 20:15)
urek

Ürəyimizin döyüntüsü varlığımızın səsidir. Nə qədər ki, ürəyimiz nizamla döyünür, qəlbimız sözümüzə baxır, deməli, yaşamağa dəyər. Ona görə də ürəyi qorumaq aktual əhəmiyyət kəsb edir.

Azpost.info Azərtac-a istinadən xəbər verir ki, həkim-kardioloq, professor Adil Baxşəliyev deyib: “Ürək ən zəhmətkeş orqandır, o orqan beyin, qaraciyər və böyrəyin qanla təchizatını yerinə yetirir. Müasir dünyada ürək və damar xəstəlikləri ölüm səbəbləri arasında ən üst sırada dayanır. Hər il dünyada təxminən 18 milyon nəfərə yaxın insan ürək xəstəlikləri ilə əlaqədar həyatını itirir. Xüsusilə də ailəsində ürək və damar xəstəliyi, hipertoniya, şəkərli diabet, yüksək xolesterin və artıq çəkisi olanlar risk altındadır”.

Onun dediyinə görə, orqanizmin ən çətin əzələsinin qeydinə qalmaq elə də çətin deyil: düzgün qidalanma, aktiv həyat tərzi, alkoqol və tütündən imtina etmək və hər şeyi ürəyə salmamaq lazımdır. Həkim-kardioloq deyib ki, stress ürək xəstəliklərinin başlıca faktoru hesab edilir: “Sağlam yuxu yatmaq ən vacib şərtlərdən biridir. İnsan yuxudan ayılanda özünü gümrah və yaxşı hiss etməlidir. Ekologiyanın sağlamlığı da mühüm şərtlərdən biridir. Möhkəm əsəb sistemi də ürək sağlamlığında həlledici rol oynayır”.

Ürək–damar xəstəliklərinin vaxtında müəyyən edilməsi ilə həyat keyfiyyətini yaxşılaşdırmaq və ömrü uzatmaq mümkündür. Professor bununla əlaqədar hamının bilməli olduğu vacib tövsiyələrini də verib: “Ürəyin qanla təchizatını öyrənmək üçün heç olmasa ildə bir-iki dəfə 45-50 yaşdan sonra elektrokardioqrama çəkilməlidir. Yaşadığımız həyat boyu həmişə ürəyimizin qayğısına qalmalıyıq və nə qədər ki, onun qayğısına qalırıq, o da bizi yaşatmaqda davam edir”.

Post navigation

Previous: Azərbaycanda son sutkada 34 nəfər COVID-19-a yoluxub
Next: Britaniyanın Baş naziri Kiyevə gəldi –

Oxşar xəbərlər

avto07
  • Sosial

Qış gəlməmiş avtomobildə yoxlanmalı 7 detal – sürücülər bu səhvləri etməsin

User 01 Noyabr 2026 - 18:00
pehriz
  • Sosial

Arıqlamaq istəyənlər üçün: Aclıq çəkmədən çəki azaltmağın yolları

User 01 Noyabr 2026 - 17:30
Tibbi Yardım
  • Sosial

Qaxda 7 nəfər qidadan zəhərlənib, 5-i Bakıya təxliyə edilib

User 31 Oktyabr 2026 - 21:55

xƏBƏR

payız
  • Maraqlı

Ağacların yarpaqları payızda niyə qızarır?

User 01 Noyabr 2026 - 19:00
Payız gələndə ağacların görünüşü dəyişir. Yay boyu yaşıl olan yarpaqlar sarı, narıncı, qırmızı və hətta bənövşəyi çalarlara...
Read more about Ağacların yarpaqları payızda niyə qızarır?
Mətbuat Şurasının sədri – Jurnalistə qarşı baş vermiş zorakılıq qəbuledilməzdir vuqar zif
  • Media

Mətbuat Şurasının sədri – Jurnalistə qarşı baş vermiş zorakılıq qəbuledilməzdir

User 01 Noyabr 2026 - 18:37
Moskvada terror planlaşdıran yeniyetmə imiş – FSB tərəfindən saxlanılıb fsb
  • Dünya

Moskvada terror planlaşdıran yeniyetmə imiş – FSB tərəfindən saxlanılıb

User 01 Noyabr 2026 - 18:34
Azərbaycanda orta pensiya 594 manatdır – Bəs bu pul nəyə çatır? pensiyaci01
  • İqtisadiyyat

Azərbaycanda orta pensiya 594 manatdır – Bəs bu pul nəyə çatır?

User 01 Noyabr 2026 - 18:30
Qış gəlməmiş avtomobildə yoxlanmalı 7 detal – sürücülər bu səhvləri etməsin avto07
  • Sosial

Qış gəlməmiş avtomobildə yoxlanmalı 7 detal – sürücülər bu səhvləri etməsin

User 01 Noyabr 2026 - 18:00
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.