Moldova ilə Rusiya qazla bağlı razılığa gəlib

Moldova hökumətilə Rusiyanın “Qazprom” şirkəti təbii qazın tədarükü ilə bağlı müqavilənin müddətini 5 il müddətinə uzadmaq barədə razılığa gəldiklərini açıqlayıblar.

Beləliklə, Moldova və Rusiya arasında son həftələr Respublikada kəskin qaz çatışmazlığına səbəb olan fikir ayrılıqlarını aradan qaldırmaq mümkün olub. “Qazprom” oktyabrın 29-da verdiyi qısa bəyanatda yeni müqavilənin şərtlərini qarşılıqlı faydalı adlandırıb.

Moldovanın İnfrastruktur naziri elan edib ki, “prinsipcə razılıq əldə olunub. Nazirin dediyinə görə, Moldova tərəfinin təklif etdiyi qiymət düsturundan istifadə etməklə əvvəlki müqavilə uzadılacaq.

Nə Rusiya, nə də Moldova tərəfi qazın müqavilə qiymətini açıqlamayıb. Yeni müəyyən edilmiş qiymət nəzərə alınmaqla qazın verilməsinə 2021-ci il noyabrın 1-dən başlanmalıdır.

Ötən həftə Moldova hökuməti enerji sektorunda fövqəladə vəziyyət elan edib və digər ölkələrdən qaz almağa başlayıb.

Kişinyovla Qazprom arasında əvvəlki müqavilə sentyabrın sonunda başa çatmışdı. Hər iki tərəf arasında əsas fikir ayrılıqlarından biri Moldovanın “Qazprom”a olan borcu olub.

Rusiyanın hesablamalarına görə, bu borc 700 milyon dollar olub. Moldova tərəfi bildirir ki, borcun auditi ilə bağlı “Qazprom”la razılaşa bildiyini, bundan sonra qazın ödənilməsi qrafikinin razılaşdırılacağını bildirir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Azərbaycan 9 ayda Avropaya qaz ixracından nə qədər qazanıb? –

Sonrakı məqalə

Türkiyədə bu gün koronavirusdan 203 nəfər vəfat edib