Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Dünya

Moldovanın Avropa İttifaqına üzvlüyünü dəstəkləyən Bəyannamə imzalanıb

User 18 İyun 2024 - 21:02 (Last updated: 21 May 2025 - 20:15)
sandu

İyunun 18-də Kişineuda İtaliya Prezidenti Sercio Mattarellanın səfəri zamanı Moldova Respublikasının Avropa İttifaqına (Aİ) daxil olmasını dəstəkləyən Bəyannamə imzalanıb.

AZƏRTAC “Noi.md” saytına istinadla xəbər verir ki, sənəd İtaliya lideri və Moldova Prezidenti Maya Sandunun iştirakı ilə aparılan müzakirələrdən sonra imzalanıb.

Sonra keçirilən birgə mətbuat konfransında Sercio Mattarella ölkəsinin Moldova Respublikasının Avropa İttifaqına daxil olmasına “tam və birmənalı” dəstəyini təsdiqləyib. “İtaliya Moldovaya Avropa standartlarına çatmaq üçün lazımi islahatları aparmağa gələcəkdə də köməklik göstərəcək və eyni şeyi Ukrayna üçün də davam etdirəcək”, -deyə Mattarella bildirib.

İtaliya Prezidenti qeyd edib ki, Maya Sandunun üç il əvvəl Romaya səfəri həm iqtisadi, həm mədəni, həm də sosial baxımdan yüksək qiymətləndirilən ikitərəfli münasibətləri yeni mərhələyə çıxarmağa imkan verib. Eyni zamanda, o, İtaliyada yaxşı inteqrasiya olunmuş və fəal olan böyük moldovalı icmasının ölkəsinin inkişafına verdiyi töhfəni yüksək qiymətləndirib.

Sercio Mattarella, həmçinin BMT-nin himayəsi altında sülhməramlı missiyalarda, İtaliya hərbçiləri ilə tərəfdaşlıqda həyata keçirilən əməliyyatlarda iştirakına görə Moldova Respublikasına təşəkkür edib. “Bu, sülh naminə əməkdaşlığın yaxşı əlamətidir, xüsusən də buradan bir neçə yüz kilometr aralıda müharibə olduğu üçün”, – deyən İtaliya Prezidenti ölkəsinin Ukraynanın ərazi bütövlüyünə möhkəm sadiqliyini və münaqişənin BMT prinsiplərinə uyğun olaraq sülh yolu həlli yollarını axtardığını təsdiqləyib.

Öz növbəsində, Prezident Maya Sandu bildirib ki, İtaliya dövlət başçısının səfəri Moldova Respublikasına, xüsusən də təhlükəsizliyin indiki çətin kontekstində aydın dostluq və dəstək siqnalı göndərir. O, Avropaya inteqrasiya yolunda Kişineunu güclü və birmənalı şəkildə dəstəkləmək öhdəliyinə sadiq qaldığına və Ukraynanı dəstəklədiyinə görə İtaliyaya təşəkkürünü bildirib.

Post navigation

Previous: Fransanın ictimai xadimləri ordunu Ermənistana göndərmək üçün Makrona müraciət edib
Next: Türkiyə Gürcüstanı məğlub etdi –

Oxşar xəbərlər

pasinyan hokm
  • Dünya

Paşinyan nə vaxt vəzifəsindən gedəcəyini açıqladı

User 29 Oktyabr 2026 - 14:35
paşinyan
  • Dünya

Paşinyan Ermənistanın Müstəqillik Bəyannaməsini “anti-dövlət sənədi” adlandırdı

User 29 Oktyabr 2026 - 14:13
Tatarıstana
  • Dünya

Rusiya Dneprdə elektrik qatarına PUA zərbəsi endirib, 13 nəfər ölüb

User 29 Oktyabr 2026 - 13:57

xƏBƏR

dava
  • Sosial

Məktəbdə insidentlə bağlı cinayət işi başlanılıb – 3 nəfər məsuliyyətə cəlb olunub

User 29 Oktyabr 2026 - 16:56
Yasamal rayonunda yerləşən orta məktəbdə “Real Təhlil və İnformasiya Mərkəzi”nin əməkdaşlarına qarşı törədilən xuliqanlıq əməlləri ilə bağlı...
Read more about Məktəbdə insidentlə bağlı cinayət işi başlanılıb – 3 nəfər məsuliyyətə cəlb olunub
Prezident İlham Əliyev Türkiyəyə getməyəcək ilham aliyev
  • Baş Yazı

Prezident İlham Əliyev Türkiyəyə getməyəcək

User 29 Oktyabr 2026 - 16:12
Ölkədə 9 ayda 22 804 cinayət qeydə alınıb – 6,4 ton narkotik götürülüb din kolleg
  • Sosial

Ölkədə 9 ayda 22 804 cinayət qeydə alınıb – 6,4 ton narkotik götürülüb

User 29 Oktyabr 2026 - 16:03
Bakıda mənzil almaq çətinləşir – 50, 70 və 100 kvadratlıq evlər neçəyədir? menzil
  • Baş Yazı

Bakıda mənzil almaq çətinləşir – 50, 70 və 100 kvadratlıq evlər neçəyədir?

User 29 Oktyabr 2026 - 15:43
Azərbaycan və Türkiyə XİN rəhbərləri Ankarada görüşdü ceyhun fidan02
  • Siyasət

Azərbaycan və Türkiyə XİN rəhbərləri Ankarada görüşdü

User 29 Oktyabr 2026 - 15:32
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.