Monteneqro rusiyalı diplomatı “persona non-qrata” elan etdi

Monteneqro Rusiyanın bu ölkədəki səfirliyinin bir əməkdaşını “persona non-qrata” elan edib.

Azpost.info xəbər verir ki, bu barədə Monteneqro Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.

“Diplomat bir həftə ərzində ölkəni tərk etməlidir”, – bəyanatda qeyd olunur.

Rusiya Xarici İşlər Nazirliyi notanın alındığını təsdiqləyib və cavab tədbirləri görəcəyini bildirib.

Monteneqro sonuncu dəfə bir rusiyalı diplomatı bu ilin martında Ukraynada hərbi əməliyyatların başlaması fonunda  “persona non-qrata” elan edib. Həmin vaxt Monteneqro XİN Rusiya səfirliyinin əməkdaşının fəaliyyətinin diplomatik münasibətlər haqqında Vyana Konvensiyasına zidd olduğunu bildirmişdi.

Azpost.info

Əvvəlki məqalə

“Azərbaycanda taxılla təminat sahəsində heç bir problem yoxdur”

Sonrakı məqalə

“Biz Laçına, Zabuxa, Susa qayıtmalıyıq”