Monteneqroda Yeni il şənlikləri qadağan olunub

Monteneqro hökuməti COVID-19 pandemiyası ilə bağlı tətbiq olunan yeni qaydalar çərçivəsində Yeni il şənliklərinin təşkilini qadağan edib.

Qaydalara əsasən, açıq məkanlarda Yeni il şənliklərinin, konsertlərin və toyların keçirilməsi, o cümlədən gecə klublarının fəaliyyəti qadağan edilib. Restoran və kafelər isə gecə yarısına qədər fəaliyyət göstərəcək.

Uzun müddətdir ki, Monteneqroda sərhədi keçmək, otellərdə qalmaq, eləcə də toy məclislərində, nümayişlərdə və idman yarışlarında iştirak etmək üçün vaksinasiya sertifikatı tələb olunur.

Səhiyyə naziri Yelena Boroviniç Boyoviç hökumətin dekabrın 1-dən etibarən bütün dövlət müəssisələrində çalışan işçilərdən vaksinasiya sertifikatının tələb olunmasını nəzərdən keçirdiyini açıqlayıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Ötən gün dünyada 515 min nəfər koronavirusa yoluxub –

Sonrakı məqalə

Xankəndi-Laçın yolu bağlandı –