Xankəndi-Laçın yolu bağlandı –Ermənilər Daşaltıdakı postumuza qumbara atıb (VİDEO)

Xankəndi-Laçın avtomobil yolu “erməni və Azərbaycan tərəfləri arasında insident səbəbindən” bağlanıb.

“SputnikArmenia” xəbər verir ki, hər iki istiqamətdə nəqliyyatın hərəkəti kəsilib.

Bu gün səhər saatlarında Şuşa şəhərinin aşağı hissəsində yerləşən keçid məntəqəsində yeni insident baş verib.

Erməni terrorçu Daşaltı kəndi yaxınlığında Azərbaycan hərbçilərinin olduğu posta hücum edib. Daşaltı kəndi erməni terrorçu Azərbaycan və Rusiya hərbiçilərinin olduğu posta əlqumbarası ilə hücum edib. Artıq faktı törətməkdə şübhəli bilinən erməni saxlanılıb (Trend).

Hazırda Rusiya sülhməramlılarının iştirakı ilə Azərbaycan tərəfi ilə rabitənin bərpası ilə bağlı danışıqlar aparılır.

Əlavə məlumat veriləcək.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Monteneqroda Yeni il şənlikləri qadağan olunub

Sonrakı məqalə

Şuşadakı Azərbaycan hərbçilərinə qumbara atan erməni saxlanıldı –