Moskva Bakı və İrəvan arasında barışığı dəstəkləməyə hazırdır-Rusiya XİN

Moskva İrəvanla Bakı arasında barışığı dəstəkləməyə hazır olduğunu təsdiqləyib.

Bunu “TASS”a müsahibəsində Rusiya Federasiyası xarici işlər nazirinin müavini Mixail Qaluzin deyib.

Nazir müavini bildirib ki, Rusiya tərəfi Ermənistan və Azərbaycanın xarici işlər nazirləri Ararat Mirzoyan və Ceyhun Bayramov arasında mayın 10-11-də Qazaxıstanda keçirilən görüşü müsbət qiymətləndirir.

“Bu görüşün keçirilməsi tərəflərə Cənubi Qafqazda sülh və sabitlik yolunda irəliləmək imkanı verdi. Bu istiqamətdə daha bir mühüm addım atıldı. Moskva 2023-cü ilin may və iyul aylarında Bakı və İrəvan arasında sülh danışıqlarının iki raundlarına ev sahibliyi edib. Biz Rusiyanın iki qardaş xalqının barışmasına hərtərəfli dəstək verməyə, regiondakı bütün ölkələrin təhlükəsizliyini və rifahını təmin etmək üçün qarşılıqlı məqbul və balanslaşdırılmış həll yollarının axtarışını təşviq etməyə davam etməyə hazırıq”, – Qaluzin vurğulayıb.

Əvvəlki məqalə

ABŞ Ukraynaya hərbi təlimçilər və ya qoşun göndərməyəcək

Sonrakı məqalə

Bayden üç ştatda və Kolumbiya dairəsində ilkin seçkilərdə qalib gəlib