Moskva vilayətində bütün kütləvi tədbirlər qadağan edilib

15 İyun 2021 - 15:09

Moskva vilayətində iyulun 15-dək bütün kütləvi tədbirlər qadağan edilib.

Vilayətin qubernatoru Andrey Vorobyov koronavirus infeksiyasının sürətlə yayılması ilə əlaqədar belə qərar imzalayıb. Ötən gün Moskva vilayətində 1135 nəfərdə koronavirus aşkarlanıb.

Ümumilikdə Rusiyada iyunun 14-də 14 185 nəfərin koronavirusa yoluxduğu məlum olub, 379 xəstə vəfat edib. Moskvada da vəziyyət gərgin olaraq qalır. Ötən gün 6 805 nəfərdə koronavirus aşkar olunub.