“Moskva Yaxın Şərqdə davamlı sülhün bərqərar olmasında maraqlıdır”- LAVROV

“Rusiya və Ərəb Dövlətləri Liqasına üzv olan ölkələr İsrail və Fələstin münaqişəsi zamanı qan tökülməsinə son qoymağa öz töhfəsini verməyə qadirdir”.

Azpost.info xəbər verir ki, bunu Rusiya Xarici İşlər naziri Sergey Lavrov bildirib.

“Əminəm ki, Rusiya, Ərəb Dövlətləri Liqası, bu təşkilatın bütün üzvləri problemlərin həllinə, ilk növbədə qan tökülməsinə, dinc əhalinin iztirablarına son qoyulmasına töhfə verə bilərlər və etməlidirlər”, – Rusiya XİN rəhbəri bildirib.

Onun sözlərinə görə, Moskva Yaxın Şərqdə davamlı sülhün bərqərar olmasında maraqlıdır.

Azpost.info

Əvvəlki məqalə

Lənkəranda “Mersedes” 12 yaşlı uşağı vuraraq öldürüb

Sonrakı məqalə

Siyəzəndə yol tikintisinə 8,8 milyon manat ayrılıb –