“Moskva Rusiyada Suriya prezidenti Bəşər Əsədlə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan arasında görüş keçirməyə çalışır”.
Azpost.info xəbər verir ki, bunu Rusiya prezidentinin Suriya üzrə nümayəndəsi Aleksandr Lavrentyev “Əl-Ərəbiyyə” telekanalına müsahibəsində bildirib.
“Türkiyə bunu nəzərdən keçirməlidir. Lakin biz belə bir görüşün ümumilikdə müsbət və faydalı olacağına inanırıq və biz bu istiqamətdə işləyirik”, – Lavrentyev deyib.
Prezident Ərdoğan daha əvvəl bildirmişdi ki, Ankaranın bu ölkədə hərbi əməliyyat keçirməsinə baxmayaraq, suriyalı həmkarı Bəşər Əsədlə görüşə biləcəyini istisna etmir.
Azpost.info
