“Moskvada 20-yə yaxın erməni üç azərbaycanlı və bir çeçenin üzərinə hücum çəkib” –Diaspor sədri

Moskvada azərbaycanlılarla ermənilər arasında kütləvi dava düşüb. 

Bu barədə APA-ya paytaxtın Qərb inzibati dairəsi üzrə Oçakova-Matveyevskaya rayonunun Azərbaycanlı Milli Mədəni Muxtariyyətinin sədri Əli Kazımov məlumat verib.

Onun sözlərinə görə, 20 nəfərə yaxın erməni Moskvanın Matveyevskaya küçəsində üç azərbaycanlı və bir çeçenin üzərinə hücum çəkib. Hadisə yerinə polislər gəlib.

Milli Mədəni Muxtariyyətin idman komitəsinin sədri Raqib Bayramovun APA-ya verdiyi məlumata görə, baş verən hadisə Azərbaycan diasporunun nəzarətindədir. O, hazırda hadisə yerində olduğunu, polislərin məsələ ilə bağlı araşdırma apardığını söyləyib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Moskvada azərbaycanlılarla ermənilər arasında kütləvi dava olub

Sonrakı məqalə

Avropa Liqasında 1/16 final mərhələsi başlayır