Moskvada 63 illik temperatur rekordu qırılıb

Bu gün Rusiyanın paytaxtı Moskvada havanın temperaturu 2,9 dərəcəyə yüksəlib.

Bu barədə İnterfaks Rusiyanın Hidrometeorologiya mərkəzinə istinadən məlumat yayıb.

Bildirilib ki, bununla da Moskvada 63 illik temperatur rekordu qırılıb. Belə ki, 1956-cı ilin dekabrın 18-də Moskvada 2,8 dərəcə temperatur qeydə alınıb. Dekabrın 18-də Moskvada ən yüksək temperatur 1886-cı ildə (+5,3) müşahidə olunub.

Sinoptiklər bu gün Moskvada havanın temperaturunun 6 dərəcəyə yüksəlməsini də istisna etmirlər ki, bu da 19-cu əsrin sonunda qeydə alınan rekordu qıra bilər. Sinoptiklər sabah da Moskvada anomal istilərin olacağını proqnozlaşdırırlar. 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

“SƏLİS Jurnalist” nominasiyası üzrə yazı müsabiqəsinin qalibləri elan olunub –

Sonrakı məqalə

Bakı şəhərində rayon İcra hakimiyyətlərinin bu səlahiyyətləri ləğv edilib