Moskvada antiterror əməliyyatının başlandığı elan edilib

Moskva hakimiyyəti Yevgeni Priqojinin silahlı üsyanı ilə bağlı antiterror əməliyyatının başladığını elan edib.

Azpost.info bildirir ki, bu barədə Moskva meri Sobyanin teleqram kanalında bəyan edib.  Hökumət orqanları və müəssisələr, hərbi-sənaye kompleksi və şəhər xidmətləri istisna olmaqla, bazar ertəsi qeyri-iş günü elan edilib.

Moskva sakinlərindən mümkün qədər şəhər ətrafında səyahət etməkdən çəkinmələri xahiş olunur. “Müəyyən məhəllələrdə və müəyyən yollarda nəqliyyatın  hərəkətini dayandırılacaq”, – Sobyanin xəbərdarlıq edib.

Vətəndaşları həmçinin fövqəladə hallar və insidentlər barədə vaxtında məlumat verməyə çağırılır.

Moskvada bütün xidmətlər yüksək hazırlıq vəziyyətindədir.

Əvvəlki məqalə

“Vaqner” silahlı dəstələri Lipetsk vilayətinə daxil olub

Sonrakı məqalə

Gədəbəydə etiraz aksiyasının təşkilatçılarından biri həbs olunub