Moskvada Azərbaycan və Ermənistan səfirlərinin iştirakı ilə görüş keçirilir

29 Sentyabr 2020 - 18:42

Rusiya Xarici İşlər Nazirliyində (XİN) Azərbaycan və Ermənistan səfirlərinin iştirakı ilə planlı görüş keçirilir.

Bunu Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib.

O qeyd edib ki, görüşün yekunları ilə bağlı kütləvi informasiya vasitələrinə müvafiq məlumat veriləcək.