Moskvada bank meneceri və ailə üzvləri qətlə yetirilib

Rusiyanın paytaxtı Moskvada müflis olmuş “Smolensk Bank”ın keçmiş top meneceri Mixail Yaxontov və onun ailə üzvləri qətlə yetirilib.

Bu barədə TASSa hüquq-mühafizə orqanlarından bildirilib.

Qeyd olunub ki, Moskvanın qərbində yerləşən mənzildə meyiti aşkarlananlar Mixail Yaxontov, onun arvası və 8 yaşlı oğlu olub.

Hazırda qətlin motivi və təfərrüatları araşdırılır.

İstintaq Komitəsinin Moskva üzrə Baş İstintaq İdarəsinin nümayəndəsi Yuliya İvanova bildirib ki, oktyabrın 26-da günorta saatlarında Mosfilmovskaya küçəsindəki yaşayış binasında yerləşən mənzildə üzərlərində zorakılıq əlamətləri olan qadın, kişi və azyaşlı uşağın meyitləri tapılıb.

İki və daha çox şəxsin qətlə yetirilməsi faktı üzrə cinayət işi başlanıb.

Moskva prokurorluğunun mətbuat xidmətinin rəhbəri Lyudmila Nefedova bildirib ki, Moskva prokurorluğu cinayət işinin istintaqının gedişinə nəzarət edir.

Onun sözlərinə görə, ölən kişinin 57, qadının 39, uşağın isə 8 yaşı var.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

İlham Əliyev və Ərdoğan Zəngilanda “Ağıllı aqropark”ın təməlini qoyublar

Sonrakı məqalə

Ermənistan parlamentinin qapalı iclasında Azərbaycanla sərhəddə vəziyyət müzakirə olunub