AXCP, Müsavat, Əli İnsanov və İsa Qəmbər əməkdaşlıq barədə memorandum imzaladılar

Noyabrın 5-də Müsavat Partiyasının təşəbbüsü ilə ölkədəki mövcud durumla bağlı dəyirmi masa təşkil edilib.

Azpost.info bildirir ki, Dəyirmi masada Müsavat Partiyasının başqanı Arif Hacılı, Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimli, keçmiş səhiyyə naziri Əli İnsanov, Milli Strateji Düşüncə Mərkəzinin rəhbəri İsa Qəmbər, Xalq Partiyasının sədri Pənah Hüseyn, Azərbaycanın Rusiyadakı keçmiş səfiri Hikmət Hacızadə və Turan İnformasiya Agentliynin direktoru Mehman Əliyev iştirak edib.

Toplantının yekunu olaraq tərəflər memorandum qəbul edib.

Sənəddə qeyd olunur ki, Arif Hacılı, Əli İnsanov, Əli Kərimli, İsa Qəmbər, Mehman Əliyev, Hikmət Hacızadə, Pənah Hüseyn Azərbaycanda hüquqi dövlət, demokratik cəmiyyət quruculuğu, Qarabağın işğaldan azad edilməsi və digər ümummilli məsələlərdə həmrəylik göstərərək  funksional əməkdaşlıq barədə razılığa gəlir.

Dəyirmi Masa iştirakçıları tərəfdarlarını qarşılıqlı ittihamlara yol verməyərək, bütün fəaliyyəti rejimə qarşı yönəltməyə, həm iqtidar, həm də müxalifət tərəfdarlarını siyasi mübarizədə mənəvi-əxlaqi dəyərlərə, etik normalara əməl etməyə çağırır.

Dəyirmi Masa iştirakçıları beynəlxalq qurumları Azərbaycanda fundamental insan hüquqlarının pozulmasına göz yummamağa, Azərbaycanın üzərinə götürdüyü beynəlxalq öhdəlikləri yerinə yetirməsini daha təsirli vasitələrlə tələb etməyə çağırır.

Dəyirmi Masa iştirakçıları Azərbaycan hakimiyyətindən konstitusiya və qanunlara əməl etməyi, korrupsiyaya son qoymağı, xalqın səsini dinləməyi tələb edir.

Öz növbəsində, rəsmi qurumlar hələ müxalifət qüvvələrinin dəyirmi masasında səslənən fikirlərə münasibət bildirməyib.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

“Kürd döyüşçüləri təhlükəsizlik zonasını tərk etməyib” –

Sonrakı məqalə

Moskvada Brejnevin sürücülük vəsiqəsi hərraca çıxarılacaq –