Rusiyada, Moskvanın qərbində güclü yanğın baş verib.
“TASS” xəbər verir ki, hadisə zamanı iki nəfər ölüb, 10-dan artıq adam xəsarət alıb.
Yanğın 3-cü Mayakinskaya küçəsində yerləşən “Üçüncü yaş həddi” adlı qocalar evində qeydə alınıb. Əraziyə çox sayda yanğınsöndürənlər və xilasedicilər cəlb olunub. İlkin məlumata görə, binada ümumilikdə 65 nəfər olub, onlardan 18 nəfər xilas edilib, iki nəfər ölüb, 10-dan çox insan xəsarət alıb.
Yanğının binanın zirzəmisindəki qazanxanadan qaynaqlandığı ehtimal olunur. İnsidentin dəqiq səbəbləri araşdırılır.