Moskvada Qorbaçovla vida mərasimi keçirilib- FOTOLAR/VİDEO

Moskvanın mərkəzindəki “Sütunlar zalında” SSRİ-nin ilk və sonuncu prezidenti Mixail Qorbaçovla vida mərasimi keçirilib.

Azpost.info xəbər verir ki, mərasimə Qorbaçovun qohumları və nəvələri toplaşıb.

Rusiyanın iri dövlət xadimlərindən yalnız Təhlükəsizlik Şurası sədrinin müavini Dmitri Medvedev Qorbaçovla vidalaşmağa gəlib. O, tabutun önünə gül dəstələri qoyub, Qorbaçovun ailəsinə başsağlığı verib.

Rusiya prezidenti Vladimir Putin gərgin iş qrafiki ilə əlaqədar mərasimə qatılmayıb. Putin sentyabrın 1-də Mərkəzi Klinik Xəstəxanada Qorbaçovun tabutuna gül dəstələri qoyub.

“Novaya qazeta”nın baş redaktoru və Nobel mükafatı laureatı Dmitri Muratov, “Yabloko” partiyasının keçmiş rəhbəri Qriqori Yavlinski və tanınmış estrada müğənnisi Alla Puqaçova da vida mərasimində olub.

Prezidentin Protokol Xidməti dəfnlə məşğul olsa da, bu, dövlət səviyyəli dəfn mərasimi deyil. Putinin  mətbuat katibi Dmitri Peskov da bildirmişdi ki, dövlət yalnız təşkilati işlərə kömək edəcək və mərasimdə fəxri qarovul təmin ediləcək.

Mixail Qorbaçov avqustun 30-da axşam saatlarında 91 yaşında vəfat edib. Vida mərasiminin sonunda o, “Novodeviçye” qəbiristanlığında dəfn olunacaq.

Azpost.info

Əvvəlki məqalə

Bakıda reabilitasiya mərkəzinin uşaqlara işgəncə verən iki əməkdaşı saxlanılıb

Sonrakı məqalə

Putin Prezident İlham Əliyevə zəng edib