Bakıda reabilitasiya mərkəzinin uşaqlara işgəncə verən iki əməkdaşı saxlanılıb- DİN

Paytaxtın Nizami rayonunda reabilitasiya mərkəzində fiziki məhdudiyyətli uşaqlara qarşı işgəncə xarakterli hərəkətlər edən mərkəzin psixoloqu Aytac Kazımlı və mərkəzin direktor köməkçisi vəzifəsində çalışan Səbinə Əliyarbəyli polis əməkdaşları tərəfindən saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, faktla bağlı Nizami Rayon Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin 133 (Əzab vermə) maddəsi ilə cinayət işi açılıb.

İstintaq hərəkətləri davam etdirilir.

 

 

Əvvəlki məqalə

“Türkiyə və Azərbaycan regionda bir çox məsələlərlə bağlı vahid komanda kimi hərəkət edir”

Sonrakı məqalə

Moskvada Qorbaçovla vida mərasimi keçirilib