Moskvada Rusiya Prezidenti Vladimir Putin və BMT-nin Baş katibi Antonio Quterreş arasında görüş keçirilir.
Kremlin məlumatına görə, tərəflər Ukrayna böhranını, o cümlədən Mariupol və “Azovstal”da vəziyyəti müzakirə edəcəklər.
Sonuncu dəfə BMT-nin Baş katibi Moskvaya ötən ilin mayında gəlib. Budəfəki səfərindən əvvəl o, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə görüşüb.