Moskvada son sutkada koronavirusdan 58 nəfər ölüb

Moskvada son 24 saat ərzində koronavirusa yoluxan xəstələrdən 58 nəfər ölüb.

APA TASS-a istinadən xəbər verir ki, bu barədə çərşənbə günü paytaxtda yaradılmış Əməliyyat Qərargahı məlumat yayıb.

Bildirilib ki, bununla da Moskvada koronavirusdan ölənlərin sayı 1290 nəfərə çatıb.

Ölənlərdə eyni zamanda sətəlcəm diaqnozunun müşahidə edildiyi vurğulanıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Sabirabadda 2 uşaq anası intihar edib

Sonrakı məqalə

Pekində məktəb və uşaq bağçalarının açılacağı tarix bəlli olub