Moskva terrorunda yaralananların sayı 551 nəfərə çatıb

“Krokus”da terror aktı zamanı xəsarət alanların sayı artaraq 551 nəfərə çatıb.

Azpost.info xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

“Crocus City Hall”da törədilən terror aktı nəticəsində 15-i uşaq olmaqla 551 nəfər xəsarət alıb. Daha 144 nəfər, o cümlədən beş uşaq ölüb.

Səhiyyə Nazirliyinin məlumatına görə, hazırda xəstəxanalarda 70 nəfər qalır.

Martın 29-da terror aktı nəticəsində 382 nəfərin yaralandığı bildirilirdi.

Azpost.info

Əvvəlki məqalə

Xankəndiyə DYP rəisi təyin edilib

Sonrakı məqalə

Zelenski köməkçisini və üç müşavirini işdən çıxarıb