Moskvada törədilən terror aktından sonra Qırmızı Meydana giriş bağlanıb

Moskva yaxınlığında, Krasnoqorskda “Crocus City Hall”da 60-dan çox insanın həlak olduğu terror aktından sonra hüquq-mühafizə orqanları Moskvanın mərkəzində Qızıl Meydanı tamamilə əhatəyə alıb.

Meydana bütün girişlər bağlanıb, polis əməkdaşları və çevik qüvvələr növbə çəkir.

Qeyd edək ki, martın 22-də törədilən terror aktı zamanı 60-dan çox insan ölüb, qurbanların sayının artacağı istisna edilmir. Eyni zamanda, 115 zərərçəkən xəstəxanaya yerləşdirilib, 30-dan çox insan isə ambulator yardıma müraciət edib. Moskvada yaxın iki gün ərzində bütün kütləvi tədbirlər ləğv edilib.

Əvvəlki məqalə

Britaniya şahzadəsi Keyt Midilton xərçəng xəstəliyinə tutulduğunu açıqlayıb

Sonrakı məqalə

Rusiyanın Kuybışev və Samaradakı neft zavodlarına PUA zərbələri endirilib