Moskvada Yaqub Eyyubov və Paşinyanın müavini ayaqüstü söhbət edib-FOTO

Azərbaycan Baş nazirinin müavini Yaqub Eyyubovla Ermənistan Baş nazirinin müavini Mqer Qriqoryan ayaqüstü söhbət ediblər.

Yaqub Eyyubov və Mqer Qriqoryanın söhbəti Moskvada MDB İqtisadiyyat Şurasının iclası çərçivəsində baş tutub.

MDB İqtisadiyyat Şurasının məhdud formatda keçirilən iclasından sonra fasilə zamanı Yaqub Eyyubov və Mqer Qriqoryan təxminən 4 dəqiqə ayaqüstü söhbət aparıblar.

Daha sonra Baş nazir müavinləri MDB İqtisadiyyat Şurasının geniş tərkibdə iclasında iştirak ediblər. (APA)

Əvvəlki məqalə

Ceyhun Bayramov İranın XİN rəhbəri ilə görüşüb

Sonrakı məqalə

“Səfərbərliklə bağlı isterik reaksiyanı başa düşmək olardı”