“Səfərbərliklə bağlı isterik reaksiyanı başa düşmək olardı”- PESKOV

“İlk saatlarda, hətta ilk gün qismən səfərbərliyin elan edilməsinə isterik reaksiyanı başa düşmək mümkün idi. O zaman həqiqətən də məlumat qıtlığı var idi. Amma indi rəsmi izahat var, sual vermək imkanı var”.

Azpost.info xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.

Peskovun sözlərinə görə, Müdafiə Nazirliyi mütəmadi olaraq bütün suallara cavab verir: “Bəzi təxribatçı və çox sayda saxta mesajların olması faktına gəlincə, bu təxribat cəhdlərinə uymamaq üçün sadəcə ayıq, düşüncəli və obyektiv olmaq lazımdır”.

Peskov hərbi komissarlıqlara çağırış vərəqəsini gözləmədən gələnlərlə fəxr etdiyini deyib.

Rusiya Baş Qərargahı bildirib ki, səfərbərlik elan edildikdən sonra bir gün ərzində 10 min belə adam toplanıb və “Vahid Rusiya” Partiyasından ən azı 4 deputat bu təşəbbüslə çıxış edib.

Azpost.info

Əvvəlki məqalə

Moskvada Yaqub Eyyubov və Paşinyanın müavini ayaqüstü söhbət edib

Sonrakı məqalə

Bakıda 90 yaşlı anasına işgəncə verən oğlu polisə çağrılıb