Moskvada yaşayış binasında partlayış olub-Yanğın başlayıb

Bu gün Rusiyanın paytaxtı Moskvanın Kubinka küçəsində yaşayış binasında partlayış baş verib.

TASS-ın verdiyi məlumata görə, partlayışdan sonra binanın 3, 4, və 5-ci mərtəbəsində yanğın başlayıb. Yanğının yüksək dərəcəli olduğu elan edilib. Hadisə yerində xeyli sayda yanğınsöndürən və texnika cəlb olunub.

Yuxarı mərtəbələrdə yaşayan sakinlər yardım istəyir. İlkin məlumata görə, bir qadın xəsarət alıb, 10 nəfər xilas edilib. 

Yanğının məişət qazının partlaması nəticəsində baş verdiyi ehtimal olunur.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Ədliyyə Nazirliyinin inzibati binasında yanğın söndürülüb –

Sonrakı məqalə

Prezident İlham Əliyev Suraxanıdakı Səttar Bəhlulzadə adına Mədəniyyət Evinin açılışında iştirak edib