Moskvanın “Domodedovo” aeroportu fəaliyyətini bərpa edib

Moskvanın “Domodedovo” hava limanı fəaliyyətini bərpa edib.

Azpost.info xəbər verir ki, bu barədə hava limanının mətbuat xidmətindən bildirilib.

“Uçuş xidmətləri normal rejimdə işləyir. Yaxın vaxtlarda alternativ aerodromlara yönləndirilən bütün təyyarələr Domodedovoya qaytarılacaq”, – məlumatda deyilir.

Qeyd edək ki, bu gün Moskvadakı hava limanları təhlükəsizlik səbəbi ilə fəaliyyətini dayandırmışdı. Sonradan bunun Moskvaya dron hücumu ilə bağlı olduğu, qurğunun Hava Hücumundan Müdafiə Qüvvələri tərəfindən zərərsizləşdirildiyi məlum olmuşdu.

Azpost.info

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.