MSK 28 saylı Sabunçu Üçüncü Seçki Dairəsi ilə bağlı qərar qəbul etdi

Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında 28 saylı Sabunçu Üçüncü Seçki Dairəsindən qeydə alınan namizəd Aygün Süleymanlının (Muradxanlı) müraciətinə baxılıb. 

Mərkəzi Seçki Komissiyasının üzvü İlham Məmmədov bildirib ki, müraciət ekspert qrupu tərəfindən araşdırılıb: “Araşdırma ilə əlaqədar müvafiq Dairə Seçki Komissiyasından alınan sənədlər də araşdırma materiallarına əlavə edilib. İddiaçı öz müraciətində səsvermə günü Seçki Dairəsi üzrə bütün məntəqələrdə qanun pozuntularının olduğunu bildirib, buna görə də səsvermənin nəticələrinin ləğvini istəyib. Lakin araşdırma zamanı müraciətdə göstərilən hallar təsdiqini tapmayıb. Təklif edirəm ki, Aygün Süleymanlının müraciəti təmin edilməsin”.

MSK müraciəti müzakirəyə çıxarıb və A. Süleymanlının müraciəti təmin edilməyib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Türkiyənin Müdafiə naziri Suriya sərhədinə gedib

Sonrakı məqalə

Türkiyənin ATƏT PA-da nümayəndə heyətinin üzvü: