MSK-da İlham Əliyevin namizədliyinin təsdiqi üçün iclas başlanıb

Dekabrın 19-da Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilir.

Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahovun sədrliyi ilə keçirilən iclasda Komissiya üzvləri də iştirak edirlər.

İclasda qeyd olunub ki, gündəliyə Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən Azərbaycan prezidentliyinə namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin namizədliyinin təsdiq olunması, YAP səlahiyyətli nümayəndələrinin qeydə alınması və bəzi dairə seçki komissiyalarının tərkibində dəyişiklik edilməsi məsələləri daxildir.

Azpost.info

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.