MSK sabaha yenə iclas təyin etdi –

Bəxtiyar Hacıyevin də şikayətinə baxılacaq
14 Fevral 2020 - 21:08

Mərkəzi Seçki Komissiyasının sabah  yeni iclası keçiriləcək.

Azpost.info bildirir ki, bu barədə deputatlığa namizəd Bəxtiyar Hacıyev məlumat verib. Ona bu barədə MSK-dan deyilib. MSK sabah onun 29-cu Səbayil seçki dairəsi ilə bağlı şikayətinə baxacaq.

İclasda həmçinin seçkilərin nəticələri ilə bağlı digər deputatlığa namizədlərin müraciətlərinə baxılacağı gözlənilir.

Qeyd edək ki, MSK-nın fevralın 13-də keçirilən iclasında 4 seçki dairəsi üzrə nəticələr ləğv edilib.