MSK sabaha yenə iclas təyin etdi –Bəxtiyar Hacıyevin də şikayətinə baxılacaq

Mərkəzi Seçki Komissiyasının sabah  yeni iclası keçiriləcək.

Azpost.info bildirir ki, bu barədə deputatlığa namizəd Bəxtiyar Hacıyev məlumat verib. Ona bu barədə MSK-dan deyilib. MSK sabah onun 29-cu Səbayil seçki dairəsi ilə bağlı şikayətinə baxacaq.

İclasda həmçinin seçkilərin nəticələri ilə bağlı digər deputatlığa namizədlərin müraciətlərinə baxılacağı gözlənilir.

Qeyd edək ki, MSK-nın fevralın 13-də keçirilən iclasında 4 seçki dairəsi üzrə nəticələr ləğv edilib.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

İlham Əliyev Münxen Konfransında çıxış etdi:

Sonrakı məqalə

Afaq Bəşirqızı: