Ağadadaş Ağayev Bakıya qayıtdı, hava limanında mahnı oxudu –

VİDEO
30 İyun 2021 - 10:21

Xəbər verdiyimiz kimi, Xalq artisti Ağadadaş Ağayev xərçəngdən sağalıb.

Müğənni ötən gecə Bakıya qayıdıb. Onu qarşılmağa gedənlər arasında aparıcı Hacı Nuran Hüseynov da yer alıb.

Ağayev hava limanında Axşam.az-ın obyektivinə tuş gəlib. Media nümayəndələrinin suallarını cavablandıran müğənni özünü yaxşı hiss etdiyini söyləyib.

Oxumaq üçün darıxdığını bildirən A.Ağayev hava limanında mahnı da səsləndirib.

Qeyd edək ki, A.Ağayev apreldə Türkiyəyə müalicəyə yollanıb. O, 3 dəfə əməliyyat olunub.