Zakir Həsənov Kəlbəcərə gedib –

-VİDEO
06 Avqust 2021 - 10:13

Müdafiə naziri general-polkovnik Zakir Həsənov Kəlbəcər rayonu ərazisində inşası davam etdirilən təlim poliqonuna baxış keçirib.

Təlim poliqonu çətin və yüksək dağlıq şəraitində yerləşən hərbi hissələrin şəxsi heyətinin peşəkar hazırlığının yüksəldilməsi məqsədilə hazırlanır. Qoşunların hazırlıq planına əsasən poliqonda ixtisaslı təlimatçılar tərəfindən döyüş şəraitinə tam uyğunlaşdırılmış, relyefin tələblərinə cavab verən təlim məşqləri həyata keçiriləcək.
Müxtəlif çaplı silahlardan təlim atəş çalışmalarının yerinə yetirilməsi və zirehli texnikanın təlim-məşq tapşırıqlarının icra olunması üçün inşa edilən poliqonda görülən işlərlə maraqlanan nazir müvafiq tapşırıqlar verib.