Müdafiə naziri ön xətdəki səngərlərə getdi-Hərbi qulluqçularla görüşdü (VİDEO)

Genişmiqyaslı komanda-qərargah təlimləri çərçivəsində Müdafiə naziri general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti yaradılmasının ildönümü qeyd edilən cəbhəboyu zonada yerləşən hərbi hissələrdən birinin ön xətt bölmələrində olublar.

Müdafiə Nazirliyindən verilən xəbərə görə, bölmələrin döyüşə hazırlıq səviyyəsini yoxlayan Müdafiə naziri Ermənistan silahlı qüvvələrinin üzbəüz yerləşən mövqelərini müşahidə edib və müvafiq tapşırıqlar verib.
Sonda ön xətdə döyüş növbəsi çəkən hərbi qulluqçulara qiymətli hədiyyələr təqdim edilib və onlarla çay süfrəsi arxasında  söhbət aparılıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Vəzifəyə yeni təyin olunmuş rəhbərin 6 səhvi

Sonrakı məqalə

Çində 50 min koronavirus xəstəsi müalicə olunaraq sağalıb