Çində 50 min koronavirus xəstəsi müalicə olunaraq sağalıb

Çində 2981 nəfər yeni növ koronavirusdan dünyasını dəyişib, 49 856 nəfər sağalaraq xəstəxanaları tərk edib.

“TASS” xəbər verir ki, bu barədə ÇXR-in Dövlət SƏhiyyə Komitəsi məlumat yayıb.

Bildirilir ki, son sutka ərzində sağalan xəstələrin sayı yoluxma hallarının sayından 22 dəfə çox olub. Son sutkalar ərzində Çində 38 ölüm və 119 yeni yoluxma halları qeydə alınıb, 2652 nəfər sağalaraq xəstəxanalardan evə buraxılıb. Yoluxanların ümumi sayı 80 270 nəfərdir.

Komitənin məlumatına görə, Çində ümumilikdə 666 397 nəfər xəstə insanlarla sıx əlaqədə olub, onlardan 36 432 nəfər həkim nəzarəti altındadır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Müdafiə naziri ön xətdəki səngərlərə getdi-

Sonrakı məqalə

Bakıda 3 gənc mərkəzi küçədə rolik sürdülər, polis onları axtarır –