Azərbaycan Ordusunun Kəlbəcər istiqamətində yerləşən bölmələri tərəfindən guya atəş açılması nəticəsində bir erməni hərbçisinin yaralanması barədə Ermənistan mətbuatının yaydığı məlumat yalandır.
Bu barədə Müdafiə Nazirliyindən bildirilib.
“Bildiririk ki, qeyd olunan istiqamətdə bölmələrimiz tərəfindən hər hansı atəş açılmayıb, sakitlikdir”, – deyə MN-in məlumatınad qeyd olunur.