Muğanlı-İsmayıllı yolu və Ağsu dolaylarında alternativ yollar tövsiyə olunur- DYP-dən açıqlama

Muğanlı-İsmayıllı yolu və Ağsu dolaylarında nəqliyyatın hərəkəti təmin edilir. Lakin bu istiqamətlərdə hərəkət edən sürücülərə təhlükəsizlik məqsədilə alternativ yollardan istifadə etmələri tövsiyə olunur.

Bunu açıqlamasında Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Rövşən Tağıyev bildirib.

Qurum rəsmisi onu da əlavə edib ki, hava şəraitinə görə yük maşınları, eləcə də sərnişin daşıyan avtomobillər alternativ yola – Qaraməryəm yoluna yönləndirilir.

Muğanlı-İsmayıllı, həmçinin Bakı-Şamaxı-Yevlax avtomobil yolunun Qobustan, Şamaxı, Ağsu dolaylarından keçən çətin relyefli ərazilərində AAYDA-nın canlı qüvvəsi və texnikası fasiləsiz işləyir. Qarlı və buzlu yollara texniki duz və qum səpilir, yolun hərəkət hissəsində olan qar texnika vasitəsilə ilə təmizlənir.

Hazırda Ağsu, Şamaxı, İsmayıllı rayonlarında qarın yağması davam edir.

Əvvəlki məqalə

Prezidentin ötən ilin idman yekunlarına həsr olunmuş mərasimdə ÇIXIŞI –

Sonrakı məqalə

Sabah hava necə olacaq?