Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Kriminal

Müğənni Elariz Məmmədoğlunun kürəkəninə 10 il həbs cəzası verildi

User 03 Noyabr 2025 - 15:32 (Last updated: 03 Noyabr 2025 - 15:32)
elariz

İnvestisiya fəaliyyəti ilə məşğul olan platformada valyuta alqı-satqısı həyata keçirməklə gəlir əldə etmək istəyən üç nəfərin külli miqdarda pulunu ələ keçirməkdə təqsirləndirilən Nizami Alışanın cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.

AzPost APA-ya istinadən xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Aytən Əliyevanın sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən son söz deyib.

O, media nümayəndələrinə prosesi ədalətli və obyektiv işıqlandırdıqları üçün təşəkkür edib. Təqsirləndirilən şəxs özünü təqsirli bilməyib və məhkəmədən bəraət istəyib.

Daha sonra məhkəmənibn hökmü elan edilib.

Hökmə əsasən, təqsirləndirilən Nizami Alışan 10 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, iş üzrə zərərçəkən qismində 3 nəfər – Zeynal Mütəllim oğlu Usubov, Babək Məhəmməd oğlu Məmmədzadə və Yadigar Şibi oğlu İsrafilov tanınıb.
İttihama görə, təqsirləndirilən Nizami Alışan özünü səhm və valyuta alqı-satqısı ilə məşğul olan mütəxəssis kimi təqdim edib. O, Babək Məmmədzadənin 1 milyon 300 min, Zeynal Usubovun 945 min, Yadigar İsrafilovun isə 200 min dollar pulunu ələ keçirib.
Zərərçəkmişlərə dəyən ümumi ziyan 2 milyon 445 min dollar (4 milyon 156 min 500 AZN) təşkil edir.
Ona Cinayət Məcəlləsinin 178.4-cü (dələduzluq – xüsusilə külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə də ittiham irəli sürülüb.
Nizami Alışan AzTV-nin keçmiş sədri Arif Alışanovun qardaşı oğlu, hazırda ABŞ-da yaşayan müğənni Elariz Məmmədoğlunun kürəkənidir.
Babək Məmmədzadə “Aztelecom” MMC-nin sabiq direktoru Məhəmməd Məmmədovun oğludur.

AzPost.az

Post navigation

Previous: İsrailin istefa verən baş hərbi prokuroru həbs olunub
Next: Luvr muzeyindəki oğurluqla bağlı daha iki nəfər həbs edilib

Oxşar xəbərlər

haker telebe
  • Kriminal

Tələbələrin fotolarını süni intellektlə montaj edən şəxs saxlanıldı – VİDEO

User 13 Noyabr 2026 - 19:34
turk vor zakon
  • Kriminal

Türkiyəli cinayətkar avtoritet Azərbaycanda saxlanıldı – FOTO

User 13 Noyabr 2026 - 11:16
Həbs
  • Kriminal

İtkin düşən 3 nəfər tapıldı, dələduzluğa görə axtarılanlar saxlanıldı

User 11 Noyabr 2026 - 10:38

xƏBƏR

tramp tiktok
  • Dünya

Tramp ABŞ limanlarında xarici gəmilərlə yükdaşıma icazəsini uzatdı

User 13 Noyabr 2026 - 23:53
ABŞ Prezidenti Donald Tramp xarici bayraq altında üzən gəmilərin Amerika limanları arasında neft, yanacaq və gübrə daşımasına...
Read more about Tramp ABŞ limanlarında xarici gəmilərlə yükdaşıma icazəsini uzatdı
“Misli”nin pisliyi – Müştərilərin uduşunu ödəmir top misli
  • Sosial

“Misli”nin pisliyi – Müştərilərin uduşunu ödəmir

User 13 Noyabr 2026 - 23:12
Stressdən qurtulmaq üçün bahalı istirahətə ehtiyac yoxdur – alimlər səbəbini açıqladı sukut
  • Maraqlı

Stressdən qurtulmaq üçün bahalı istirahətə ehtiyac yoxdur – alimlər səbəbini açıqladı

User 13 Noyabr 2026 - 21:15
50 İLİN HEKAYƏSİ – 30 İLİN SƏSİ e08
  • Mədəniyyət

50 İLİN HEKAYƏSİ – 30 İLİN SƏSİ

User 13 Noyabr 2026 - 20:52
Vens 2028-ci ildə prezidentliyə namizəd olmaq istəmir -Trampın varisliyindən imtina vens
  • Dünya

Vens 2028-ci ildə prezidentliyə namizəd olmaq istəmir -Trampın varisliyindən imtina

User 13 Noyabr 2026 - 19:57
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.