Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Sosial

“Müharibə əlilləri və veteranlarına hüquqi və psixoloji dəstək” layihəsinin yekun tədbiri keçirildi

User 28 Avqust 2025 - 15:38 (Last updated: 04 Sentyabr 2025 - 21:41)
el01

Bakı şəhərində “Qarabağ Əlilləri və Veteranları” İctimai Birliyinin təşkilatçılığı və Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirilən “Müharibə əlilləri və veteranlarına hüquqi və psixoloji dəstək” layihəsinin yekun tədbiri baş tutdu.

Bu barədə Qarabağ Əlilləri və Veteranları İctimai Birliyinin sədri Növrəstə Yusifova məlumat verib. Onun sözlərinə görə, tədbir şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə açıldı. Ardınca layihə rəhbəri, “Qarabağ Əlilləri və Veteranları” İctimai Birliyinin sədri Növrəstə Yusifova çıxış edərək layihənin məqsədləri, fəaliyyət istiqamətləri və əldə olunan nəticələr barədə məlumat verdi. Yekun görüşdə layihənin hüquqşünası Sədrəddin İsgəndərov, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında İctimai Şuranın üzvü İradə Rzazadə, eləcə də Qarabağ müharibəsi iştirakçıları iştirak etdilər.

Çıxışında Sədrəddin İsgəndərov layihənin yalnız hüquqi maarifləndirmə ilə məhdudlaşmadığını, həm də müharibə iştirakçılarının hüquqlarının qorunması, dövlət qurumlarına müraciət imkanlarının artırılması və real problemlərin həllinə dəstək göstərilməsi baxımından mühüm əhəmiyyət kəsb etdiyini vurğuladı.

İradə Rzazadə isə layihə çərçivəsində qaldırılan məsələlərin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında İctimai Şurada da müzakirəyə çıxarılacağını və müvafiq dövlət qurumlarına təqdim ediləcəyini qeyd etdi.

Tədbir zamanı canlı bağlantı vasitəsilə müraciət edən şəxslər dinlənildi, onların üzləşdiyi problemlər müzakirə olundu və aidiyyəti qurumlara yönləndiriləcək qeydlər aparıldı. Qeyd edildi ki, layihə başa çatdıqdan sonra da müharibə əlilləri və veteranlarının məsələləri diqqətdə saxlanılacaq.
Sonda layihə rəhbəri Növrəstə Yusifova Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinə və tədbir iştirakçılarına təşəkkürünü bildirdi.

 

AzPost.az

Post navigation

Previous: İçərişəhərdə bütün ağacların nömrələnməsinə başlanılıb
Next: Arkadi Qukasyanın cinayət işi üzrə verdiyi ifadələr elan edilib

Oxşar xəbərlər

ramiz
  • Sosial

AMEA-dan İsa Həbibbəylinin Ramiz Mehdiyevlə bağlı iddialara adının salınmasına cavab

User 07 Noyabr 2026 - 10:47
ilham pese
  • Sosial

İlham Əliyev Şuşa Dövlət Peşə Təhsil Mərkəzinin açılışında iştirak edib

User 07 Noyabr 2026 - 10:17
et bazari
  • Sosial

Dəmir çatışmazlığı olanlar hansı əti yeməlidir? – Həkimdən xəbərdarlıq

User 06 Noyabr 2026 - 22:00

xƏBƏR

ilham xankendi
  • Baş Yazı

İlham Əliyev Xankəndidə -Təməlqoyma mərasimlərində iştirak edib

User 07 Noyabr 2026 - 11:25
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 7-də Xankəndidə Qarabağ Universitetinin Kitabxanasının və İnnovasiya Mərkəzinin binalarının təməlqoyma mərasimlərində...
Read more about İlham Əliyev Xankəndidə -Təməlqoyma mərasimlərində iştirak edib
7 noyabrın ulduz falı – Sevgi, pul və işdə bürcləri nə gözləyir? burcler
  • Maraqlı

7 noyabrın ulduz falı – Sevgi, pul və işdə bürcləri nə gözləyir?

User 07 Noyabr 2026 - 11:16
Senator Sanders İrana qarşı müharibənin pulunu kəsməyə çağırdı Super Tuesday primary election day
  • Dünya

Senator Sanders İrana qarşı müharibənin pulunu kəsməyə çağırdı

User 07 Noyabr 2026 - 11:07
ABŞ İrana qarşı 20 milyon dollar mükafat elan etdi – Vaşinqton hansı məlumatları axtarır? iran abs xerite
  • Dünya

ABŞ İrana qarşı 20 milyon dollar mükafat elan etdi – Vaşinqton hansı məlumatları axtarır?

User 07 Noyabr 2026 - 10:55
AMEA-dan İsa Həbibbəylinin Ramiz Mehdiyevlə bağlı iddialara adının salınmasına cavab ramiz
  • Sosial

AMEA-dan İsa Həbibbəylinin Ramiz Mehdiyevlə bağlı iddialara adının salınmasına cavab

User 07 Noyabr 2026 - 10:47
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.