Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Dünya

“Müharibə üçün 300 milyard toplanmalıdır”

User 20 Aprel 2023 - 13:05 (Last updated: 21 May 2025 - 20:15)
Izobrazhenie-WhatsApp-2023-03-12-v-09.23.19

Müharibəyə rekord xərcləmələr səbəbindən yaranan kəsiri bağlamaq üçün Rusiya hökuməti iri biznesdən federal büdcəyə dəstək verməyi tələb edir.

Azpost.info xəbər verir ki, məlumatlı mənbələr bildiriblər ki, bu tələbi Rusiya Maliyyə Nazirliyi qoyub, əks halda “əlavə mənfəət vergisinin” dərəcəsini ikiqat artırmaqla hədələyib.

Hökumət iri şirkətlərdən 2021-2022-ci illərdə əldə etdiyi mənfəətin 5 faizini gözləyir. Məbləğ növbəti altı ay ərzində ödənilməsə, rəqəm 10 faizə qədər artacaq.

Əlavə mənfəət vergisi haqqında qanun 2024-cü il yanvarın 1-dən qüvvəyə minəcək. Buna baxmayaraq, hökumət sahibkarları vaxtından əvvəl ödəməyə təşviq etmək niyyətindədir.

Maliyyə Nazirliyi vergidən əvvəl xalis mənfəəti 1 milyard rubldan çox olan şirkətlərdən ümumilikdə 300 milyard rubl gözləyir. Bu pul xəzinədəki “boşluqları” doldurmaq üçün nəzərdə tutulub.

Yanvar-mart aylarının yekunlarına görə, büdcə neft və qaz gəlirlərinin 45 faizini, iqtisadiyyatın qeyri-resurs sektorlarından yığımların 3,5 faizini itirib və ümumi xərcləri 8 trilyon rubl olmaqla 2,4 trilyon rubl kəsir yaradıb.
Hökumətin hərbi xərcləri 1,5 dəfə artırmasından və məxfi xərclərə rekord məbləğdə – 2,4 trilyon rubl xərclədikdən sonra son 12 ay ərzində xəzinədəki boşluq 7 trilyon rubla çatıb.

“Deustche Bank” analitiklərinin hesablamasına görə, Avropa embarqosu, neft endirimləri və Avropaya qaz tədarükünün azalması səbəbindən Rusiya iqtisadiyyatı gündə 500 milyon dollar itirir. Onların proqnozuna görə, bu il büdcə 1,5-2 trilyon rubl vergi daxilolmalarını itirəcək və onun kəsiri nəzərdə tutulan 3 trilyon rubl əvəzinə 5 trilyona qədər artacaq.

Azpost.info

Post navigation

Previous: “Ermənistan KTMT missiyasını öz ərazisində yerləşdirməyə hazırdır” –
Next: “Nazir filmə baxıb güldü, dedi 27 dəqiqəsi kəsilsin”

Oxşar xəbərlər

israil
  • Dünya

İsraildə səslər sayıldı, Netanyahu 53 mandat qazandı

User 30 Oktyabr 2026 - 09:50
netanyahu
  • Dünya

Netanyahu parlament çoxluğunu itirdi – Hökumət böhranı yarana bilər

User 29 Oktyabr 2026 - 20:30
Almaniya
  • Dünya

Almaniya Litvada Rusiyaya qarşı elektron kəşfiyyat aparacaq

User 29 Oktyabr 2026 - 20:20

xƏBƏR

qida süfre
  • Sosial

Səhər yeməyində bu qidaları yeyənlər diqqətli olsun – Diabet riskini artırır

User 30 Oktyabr 2026 - 10:00
Sürətli hazırlanan sıyıqlar, şirniyyatlar, un məmulatları və ağ çörəyin müntəzəm istehlakı qanda şəkərin səviyyəsinin kəskin yüksəlməsinə səbəb...
Read more about Səhər yeməyində bu qidaları yeyənlər diqqətli olsun – Diabet riskini artırır
İsraildə səslər sayıldı, Netanyahu 53 mandat qazandı israil
  • Dünya

İsraildə səslər sayıldı, Netanyahu 53 mandat qazandı

User 30 Oktyabr 2026 - 09:50
Bu günə olan valyuta məzənnələri valyuta
  • İqtisadiyyat

Bu günə olan valyuta məzənnələri

User 30 Oktyabr 2026 - 09:43
Ombudsman vəzifəsinə 3 namizəd irəli sürülüb Milli Məclisin
  • Sosial

Ombudsman vəzifəsinə 3 namizəd irəli sürülüb

User 30 Oktyabr 2026 - 09:36
Netanyahu parlament çoxluğunu itirdi – Hökumət böhranı yarana bilər netanyahu
  • Dünya

Netanyahu parlament çoxluğunu itirdi – Hökumət böhranı yarana bilər

User 29 Oktyabr 2026 - 20:30
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.