“Ermənistan KTMT missiyasını öz ərazisində yerləşdirməyə hazırdır” –PAŞİNYAN

Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) missiyasını öz ərazisində yerləşdirməyə hazırdır.

Bunu Ermənistanın Baş naziri Nikol Paşinyan bu gün jurnalistlərə müsahibəsində deyib.

Paşinyan qeyd edib ki, ölkəsi KTMT missiyasını öz ərazisində yerləşdirməyə hazırdır, lakin bunun effektiv olması lazımdır.

“Rusiya ilə yanaşı, Ermənistan buna hazırdır. Arzumuz və istəyimiz mümkün missiyanın effektiv olmasıdır”, – Paşinyan vurğulayıb.

Onun sözlərinə görə, bu addımın atılması, həm Ermənistan, həm KTMT, həm də region üçün vacibdir: “Biz bu istiqamətdə işimizi davam etdiririk”.

Paşinyan onu da əlavə edib ki, Ermənistanın KTMT qarşısında öhdəlikləri olduğu kimi, KTMT-nin də Ermənistan qarşısında təhlükəsizliyin təmin edilməsi kimi öhdəlikləri var.

“Avropa İttifaqı Missiyası ilə KTMT-nin missiyasını müqayisə etmək olmaz. KTMT missiyasından gözləntilərimiz Aİ missiyasından daha çox olmalıdır”, – Paşinyan bildirib.

Xatırladaq ki, bu yaxınlarda KTMT Ermənistan və Azərbaycan sərhədinə missiya göndərmək üçün layihə hazırlayıb.

Əvvəlki məqalə

Putin nüvə raketi daşıyan Donanma komandanını istefaya göndərdi

Sonrakı məqalə

“Müharibə üçün 300 milyard toplanmalıdır”