“”YAŞAT” Fondunun əməkdaşlarının əksəriyyəti şəhid övladları və qazilərdir. Onlar şəhid ailələrinin üzvlərinin problemlərini daha yaxşı bilirlər və öz həyatlarında yaşayıblar”.
Bunu Vətən müharibəsi şəhidlərinin övladlarına həsr olunan “Hərə bir qəhrəman oldu” adlı tədbirdə “YAŞAT” Fondunun rəhbəri Elvin Hüseynov bildirib.
Onun sözlərinə görə, I Qarabağ müharibəsi dövründə 20 faiz torpaq itirmişik, amma şəhidlərimizin olması ilə 80 faiz torpaq özümüzdə qalıb: “Bu gün isə şəhidlərimiz sayəsində ərazi bütövlüyümüz bərpa olunub. Fondun fəaliyyət istiqamətlərindən biri təhsildir. Zaman gələcək hansısa postu tutan şəhid övladını görəndə fəxr edəcəyik ki, onu biz dəstəkləmişik. Müharibədən sonra 102 şəhid övladı dünyaya gəlib. Onlar heç vaxt atalarını görməyəcək. Bütün şəhid övladları, qazilər bizə əmanətdir”.