Korona xəstələrini müalicə edən tibb işçilərinin maaşlarına əlavələr ediləcək –QƏRAR

Yeni növ koronavirus (COVID-19) infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb işçilərinin əməkhaqlarına əlavənin verilməsi müddəti uzadılıb.

Baş nazir Əli Əsədov bununla bağlı qərar imzalayıb.

Qərara əsasən, yeni növ koronavirus (COVID-19) infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb işçilərinin əməkhaqlarına əlavənin verilmə müddəti noyabrın 1-dək uzadılıb.

Əvvəl bu müddət sentyabrın 1-dək nəzərdə tutulmuşdu.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

“Müharibədən sonra 102 şəhid övladı dünyaya gəlib”

Sonrakı məqalə

17 kollecə publik hüquqi şəxs statusu verildi –