Müharibəyə başlayarsa, Polşa NATO-ya 300 min əsgər göndərməyə hazırdır.
Azpost.info xəbər verir ki, bunu Polşa Ordusunun Baş Qərargah rəisi Karol Dımanovski bildirib.
“Əvvəllər NATO-nun sipərinə çevrilmək üçün 40 min əsgər təlim keçirdisə, hazırda 300 min əsgər yüksək hazırlıq vəziyyətindədir. Bu əsgərlər ölkəyə müharibə başlayandan sonra deyil, ondan əvvəl gələcəklər”, – Dımanovski deyib.
Onun sözlərinə görə, Polşada 10 minə yaxın ABŞ əsgəri yerləşdirilib və bu kontingenti artırmaq olar.
“Bir neçə min ABŞ əsgəri daim bizimlə təlim keçir. Yadda saxlamalıyıq ki, amerikalılar və digər müttəfiqlər bizi təkcə yerdə deyil, həm də havada, kosmosda dəstəkləyir”, – Baş Qərargah rəisi əlavə edib.
Azpost.info