“Müharibə dayanmasa, 300 milyon insan aclıqla üzləşəcək” –BMT

“Dünya görünməmiş qlobal ərzaq təhlükəsizliyi problemləri ilə üzləşib”.

Azpost.info xəbər verir ki, bunu BMT-nin Ümumdünya Ərzaq Proqramının rəhbəri Devid Bisli bildirib.

Onun proqnozuna görə, Ukraynada döyüşlər davam edərsə, ümumilikdə 323 milyon insan aclıq astanasında qala bilər: “Təkcə son bir ildə münaqişələr, iqlim böhranı, COVID və bahalaşma 276 milyon insanı aclıq həddinə çatdırıb. Əgər Ukraynada müharibə tezliklə bitməsə, bu rəqəm 323 milyona qədər yüksələ bilər”, – baş direktor deyib.

Təşkilatın ekspertlərinin fikrincə, hazırkı ərzaq böhranına koronavirus pandemiyasının yoxsul ölkələrin iqtisadiyyatlarına və tədarük zəncirlərinə mənfi təsiri, o cümlədən münaqişələrin, təbii fəlakətlərin, iqlim dəyişikliyinin nəticələri səbəb olub.

Azpost.info

Əvvəlki məqalə

ABŞ Qarabağda dini abidələrə qarşı erməni vandalizmini etiraf edir

Sonrakı məqalə

Azərbaycanda daha 6 nəfər COVID-19-a yoluxub