“Müharibə erasına son qoyduq, yeni epoxa açırıq…”-Bayden BMT-də çıxış etdi

“ABŞ Əfqanıstandan gedərək bitib-tükənməyən müharibə erasına son qoydu və yorulmaz diplomatiya epoxasına başladı”.

Azpost.info bildirir ki, bu sözləri ABŞ prezidenti Bayden BMT-nin Baş Assambleyasının 76-cı sessiyasında çıxış edərkən bildirib: “Biz Əfqanıstandakı 20 illik tükənməz münaqişəni yekunlaşdırdıq. Yeni, yorulmaz diplomatiya erasını açırıq”-deyə Bayden öz müraciətində vurğulayıb.

ABŞ prezidentinin sözlərinə görə, istifadə olunmuş hərbi güc ilk yox, son alət olmalıdır. Baydenin sözlərinə görə, hərbi güc dünyanın istənilən probleminin həlli üçün cavab olmamalıdır: “Şübhə etməyin, ABŞ özünü müdafiə edəcək. Biz güc tətbiq etməyə hazırıq. Amma hər missiya aydın və əlçatan olmalıdır”.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

“Azərbaycan qanuni haqqından istifadə edərək işğala son qoyub” –

Sonrakı məqalə

Bu gündən Azərbaycanda məktəblər açılır