“Mühüm infrastruktur obyektlərinə hücumlar olub, Kiyevin bir hissəsi enerjisiz qalıb”- KLİÇKO

“Mühüm infrastruktur obyektlərinə edilən hücumlar nəticəsində paytaxtın bir hissəsi enerjisiz qalıb”.

Azpost.info xəbər verir ki, bunu Kiyev meri Vitali Kliçko özünün “Teleqram” kanalında yazıb.

Onun sözlərinə görə, zərbələrdən sonra bütün xidmətlər işləyir, lakin paytaxtın bir hissəsi enerjisizdir, bəzi ərazilərdə isə su yoxdur.

Xarkov şəhərinin meri İqor Terexov da Rusiya hərbçilərinin yerli mühüm infrastruktur obyektinə hücum etdiyini bildirib.

Qeyd edək ki, bu gün səhər saatlarından başlayaraq Ukraynanın bütün vilayətlərində hava həyəcanı siqnalı verilib.

Azpost.info

Əvvəlki məqalə

Mediaya maliyyə yardımına dair müsabiqədə reyestrə daxil edilmiş subyektlər iştirak edə biləcək

Sonrakı məqalə

Bu məktəblərdə noyabrın 7-si dərs olacaq