Bu məktəblərdə noyabrın 7-si dərs olacaq

Bildiyimiz kimi, 2022-ci il 7 noyabr iş günü ilə 5 noyabr istirahət gününün yerləri dəyişdirilib.

Elm və Təhsil Nazirliyindən verilən xəbərə görə, bununla əlaqədar təhsil müəssisələrində iş günləri aşağıdakı kimi tənzimlənir:

1. Beş günlük iş həftəsi olan təhsil müəssisələrində 2022-ci il 5 noyabr iş günü, 6-9 noyabr isə qeyri-iş günləri hesab edilir.

2. Altı günlük iş həftəsi olan təhsil müəssisələrində 2022-ci il 5 noyabr iş gününə (istirahət gününə deyil) təsadüf etdiyindən, növbəti həftənin bazar ertəsi – noyabrın 7-si iş günü, 8-9 noyabr isə qeyri-iş günləri hesab edilir. Başqa sözlə desək, 05 və 07 noyabr iş günləridir.

Əvvəlki məqalə

“Mühüm infrastruktur obyektlərinə hücumlar olub, Kiyevin bir hissəsi enerjisiz qalıb”

Sonrakı məqalə

Prezident İlham Əliyev Soçiyə işgüzar səfərə gedib